
Türkiyə çempionatında 15-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbayca millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi "Hatayspor" "Başakşehir"in qonağı olub. Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 11-ci dəqiqədə Mehdi Abeid vurub.
Renat meydana start heyətdə çıxıb və sonadık oynayıb. O, 90+9-cu dəqiqədə penaltidən yararlana bilməyib.
Qeyd edək ki, "Hatayspor" hazırda turnir cədvəlində 18 xalla 15-ci pillədə qərarlaşıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması