"Hatayspor"un baş məşqçisi Volkan Demirel Renat Dadaşov haqda danışıb.
Sportliqa.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Super Liqanın 15-ci turunun son dəqiqələrində penalti zərbəsini qola çevirə bilməyən 24 yaşlı forvarda dəstəyini ifadə edib:
"Renat Dadaşov bizim daimi penalti vuran oyunçumuzdur. O, indiyə qədər bütün penalti zərbələrini qola çevirmişdi. Dadaşov çox güvəndiyimiz futbolçudur. Futbolda belə hallar olur. Düşünürəm ki, son dəqiqələrdəki yorğunluq və təzyiq zərbəni qola çevirə bilməməsində rol oynadı".