![Xəzərin sahilində](https://sportliqa.az/upload/news/3486/770x552/WhatsApp-Image-2024-07-23-at-18.33.14.jpeg)
"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev sosial şəkəbədə paylaşım edib.
Sportliqa.az xəbər verir ki, azərbaycanlı futbolçu Ağdam klubunun Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanması barədə instaqram hesabında bunları yazıb:
"Uşaqlıq illərimdə mənə desəydilər ki, "Qarabağ"la qrup mərhələsini adlayacaqsan, bunun zarafat olduğunu düşünərdim. Bütün “Qarabağ” sevərləri, “Qarabağ” ailəsini təbrik edirəm! Komandamla qürur duyuram! Allaha sonsuz şükürlər olsun! Yeni tarix!".