Bu gün Misli Premyer Liqasında 9-cu tura yekun vurulacaq.
Sportliqa.az xəbər verir ki, son oyun günündə iki matç keçiriləcək.
Əvvəlcə Yevlax şəhr stadionunda "İmişli" "Şamaxı"nı qəbul edəcək.
Turun mərkəzi qarşılaşması olan "Sabah" - "Qarabağ" oyunu da bu günə təsadüf edir. Hazırda "Sabah" 19 xalla lider, "Qarabağ" isə 17 xalla 3-cüdür. Hər iki komanda 7 oyun keçirib. Bu görüş çempionluq uğrunda mübarizə aparan hər iki komanda üçün olduqca əhəmiyyətlidir.
25 oktyabr (bazar)
15:00. “İmişli” – “Şamaxı”
Hakimlər: Rauf Cabarov, Zeynal Zeynalov, Kərim Zeynalov, Ruslan Quliyev, Əliyar Ağayev (VAR), Akif Əmirəli (AVAR)
Yevlax şəhər stadionu
18:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Emin Əliyev, Kamranbəy Rəhimov (VAR), Teymur Teymurov (AVAR)
Mərdəkan.“Dalğa Arena”
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az