
Vüsal İsgəndərlinin formasını geyindiyi “Eqnatiya” Albaniya çempionatında növbəti oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, sözügedən komanda 17-ci tur çərçivəsində səfərdə “Dinamo” (Tirana) ilə qarşılaşıb və bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.
İsgəndərli bu matça start heyətdə başlayıb və 84-cü dəqiqədə əvəzlənib. O, əvəzlənməzdən 4 dəqiqə öncə vurduğu qolla komandasına qələbə qazandırıb.
“Eqnatiya” hazırda 37 xalla 1-ci pillədə qərarlaşıb.
Vüsal bu mövsüm Albaniya çempionatında keçirdiyi 16 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması