“Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradenin müsahibəsi:
- Azərbaycan Premyer Liqasının XVII turunda “Neftçi” üzərində qazanılan 2:0 hesablı qələbəni necə şərh edərdiz?
- Oyun olduqca çətin keçdi. "Neftçi" yüksək keyfiyyətlərə malik komandadır. 3 gün öncəki gecə çılğın emosiyalarla dolu idi. Ona görə də bərpa olunub belə bir derbi matçına hazırlaşmaq asan olmur. Bununla belə, bu oyunda ən yaxşısını etməyə çalışdıq. Nəticədə qalib gələn tərəf olduq.
- Oyun ərzində üstünlük “Qarabağ”ın tərəfində olsa da, hesabı gec açdınız. Bunun səbəbi nə idi?
- "Neftçi" buna əsas səbəbdir. Onlar əla kollektivdirlər. Bilirdik ki, asan olmayacaq. Biz bütün matç boyunca onların müdafiəsini yarmağa çalışdıq. Bununla belə yalnız sonda üzümüzə güldürən sonluğu tapa bildik.
- UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşacaqsınız. Püşkü “Qarabağ” üçün nə dərəcə uğurlu hesab etmək olar?
- Xoşbəxt olmaya bilmərəm. Öncəki müsahibəmdə qeyd etmişdim ki, Portuqaliyadan olan rəqibin gəlməsini arzulayıram. Bu, mənim üçün olduqca vacibdir. Mənim üçün böyüdüyüm ölkənin klubuna qarşı oynamaq prinsipial xarakter daşıyır. Ailəm oradadır və məni izləyəcəklər. Bu baxımdan mənim üçün vacibdir.
- Bəs “Qarabağ”ın “Braqa” önündə şansları nə dərəcədə yüksəkdir?
- "Braqa"nın gücündən xəbərdarıq. Əla kollektiv formalaşdırıblar. Onların son oyunlarda qazandığı nəticələr barədə məlumatımız var. Amma biz ilk olaraq özümüzə inanmalıyıq. Hər matçda özümüzə inanıb meydana çıxırıq. Sona qədər döyüşəcəyik. İnam öndə gedir.
futbolxeber.az