
“Gəncə” voleybol klubu heyətin formalaşdırılması istiqamətində işlərə başlayıb.
Sportliqa.az xəbər verir ki, komanda rusiyalı voleybolçu Anna Balberova ilə yollarını ayırıb.
Məşqçilər korpusunun etimadını doğrultmayan voleybolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Anna Balberova cari mövsümün əvvəlində Rusiyanın “Derjava” klubundan transfer olunmuşdu.
“Gəncə” klubu oyunçuya xidmətlərinə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayır.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması