"Beşiktaş" "Neftçi"nin keçmiş hücumçusunu transfer etmək istəyir
25 Dekabr 2023 10:00
"Beşiktaş" "Neftçi"nin keçmiş hücumçusu Mateus Saldanyanı transfer etmək istəyir.
Sportliqa.az "Fotomaç"a istinadən xəbər verir ki, Türkiyə klubu "Partizan"da çıxış edən braziliyalı üçün rəsmi təklif göndərib.
"Beşiktaş"ın koordinatoru Samet Aybaba Saldanya üçün Serbiyaya yollanıb. Forvard 2023-cü ilin yanvarından iyul ayına qədər "Neftçi"də forma geyinib.
Mateus Serbiya çempionatında 18 matçda 14 qol vurub, 5 məhsuldar ötürmə edib.