Türkiyə Super Kuboku matçını idarə edəcək hakimlər müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, son ölkə çempionu "Qalatasaray"la kubokun qalibi "Fənərbaxça" arasında baş tutacaq görüşü Abdulkadir Bitigen idarə edəcək. Bu barədə TFF məlumat yayıb.
Erdem Bayık və Mustafa Savranlar yan xətt hakimləri olacaq. Dördüncü hakim funksiyasını isə Volkan Bayarslan yerinə yetirəcək.
Qeyd edək ki, "Qalatasaray" - "Fənərbaxça" matçı 29 dekabr tarixində Bakı vaxtiıə saat 21:45-də Səudiyyə Ərəbistanında baş tutacaq.