Türkiyə Super Liqasında 17-ci turun oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" öz meydanında "Beşiktaş"ı qəbul edib. Qarşılaşma İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Renat Dadaşov da bu görüşün iştirakçısı olub. Millimizin üzvü matça start heyətdə başlayıbh və 90 dəqiqə meydanda qalıb.
17 turdan sonra 19 xal toplayan "Hatayspor" turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.