"Neftçi" qış fasiləsində yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportliqa.az xəbər verir ki, "ağ-qaralar" "Şkupi"də çıxış edən Keven da silva İnasio ilə maraqlanır. Bu barədə "Sportmedia.mk" nəşri məlumat yayıb.
"Neftçi" Şimali Makedoniya təmsilçisi ilə müqaviləsi 31 dekabr tarixində başa çatan braziliyalı futbolçunu azad agent kimi heyətinə qatmaq istəyir.
Qeyd edək ki, "Şkupi" Keven da silva İnasionu 2022-ci ilin yanvar ayında Braziliyanın "Monte Azul" klubundan transfer edib. 25 yaşlı yarımmüdafiəçi cari mövsümdə komandanın heyətində meydana çıxdığı 21 rəsmi matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.