"Sumqayıt"ın baş məşqçisi Samir Abasov sportinfo.az-a müsahibə verib.
- Kollektiv istirahətdən istidəyiniz formada qayıdıb, yoxsa narazı qaldığını adlar oldu?
- Çox ciddi tapşırıqlar verilmişdi. Və deyilən kimi qayıtmasaydılar cərimələr gözlədiyini də bilirdilər. Hətta deyilmişdi ki, fasilədən sonrakı ilk məşqdə hansı ağırlıq olacaq. Çünki hazır olsunlar. Çox yaxşı gəliblər. Görünür, proqram üzürə çalışıblar. Halal olsun.
- Əcnəbilərin Sumqayıt toplanışında olmaması nə ilə bağlıdır?
- Özüm belə qərar verdim. Məsələn, braziliyadan olan legioner bura gəlmək üçün 1 sutka yolda olmalıdır. Düşündüm ki, hamısı birbaşa Türkiyəyə gəlsinlər. Onlar da eyni proqramla çalışırlar. 6-sı istədiyimiz vəziyyətdə qayıtmasalar onlar üçün də yaxşı olmayacaq.
- Klubların yarısı ölkə xaricinə getməmək qərarı verdi. Sizdə də gedib-getməməklə bağlı tərəddüd vardımı?
- Tərəddüd var idi. Eşidəndəki digər klublar getmir, düşündük ki, bəlkə biz də qalaq. Həm də çox oyunçumuzun zədələnməsi bu qərarı labüd edirdi. Fikirləşdik ki, gedib orda nə edəcəyik? Amma İsanın, Elvinin zədədən qayıtması bizi sevindirdi. Yoxlama görüşləri üçün getməyimiz yaxşıdır. Plandan çıxmamağa qərar verdik. Rəhbərlik də sağ olsun dəstək oldu.
- Mövsümün birinci yarısın yaxşı keçirə bildiniz. Belə məqamda fasilə yerində oldu, yoxsa davam etmək daha yaxşı olardı?
- Bu fasiləni ən xeyirli özümüzə hesab edirik. "Səbail"lə oyun bitəndən sonra dərindən nəfəs aldıq. Ən azından sağalmaq ehtimalı olan futbolçular tam sağalar və oyunlara rahat çıxarlar. Çox əziyyət çəkdik. İnşallah, toplanışda nəsə olmaz. Komandamızın üzərində sanki futboldan kənar təzyiqlər var. Elə bil üzərimizdə bir nəfs var. Artıq başqa şeylər düşünməyə başlamışam (gülür).
- Yerlilərlə bağlı vəziyyət necədir?
- Yerlilərlə danışırdıq. Bəziləri özü bizə çıxmışdı. Amma futbolçuların istəyindən əlavə məxsus olduqları klubların istəklərinin yüksək olmasına görə biz həmin futbolçulara yaxın belə düşə bilmədik. Məsələn, Ceyhun Nuriyevi "Sabah"dan istəyirdik. Amma təzminatın "Zirə" verdi və apardı.
- Əksəriyyət düşünür ki, hazırkı uğurlu dönəmdə komanda yeni təmirdən çıxmış Mehdi Hüseynzadə adına stadiona köçsə, bunun da kollektiv üçün əlavə müsbət təsiri ola bilər. Siz necə düşünürsüz?
- Ən azından bir futbolçu olaraq meydançanın sahibi sənsən. Düzdü, öyrəşincə bizə də zaman lazım olacaq. Bizim üçün də yenidir. Bəlkə də ilk oyunlarda xallar itirdik. Amma bu cür stadiona sahib olan futbolçu üçün bunun necə motivasiya olmasını bir Allah bilir. Oynadıqca və nəticələr verdikcə azarkeşlər də tribunaları dolduracaq. Belədə rəqiblərdən bir addım öndə olmuş sayılırsan. Biz bunu yaxalamalıyıq.
- Rəşad Sadıqov təklif etdi ki, qış fasiləsi olmasa daha yaxşı olar. Bu fikirə münasibətiniz necədir?
- Açığı, təklifdən xəbərsizəm. Amma elə olub ki, ardıcıl qələbələr qazandığımız məqamda milli fasilə yaranıb. Fasilədən qayıdandan sonra uduzmağa başlamışıq. Görünən odur ki, bizə pis təsir edib. Biz buna öyrəşmişik. Dəyişsək necə olar? Bilmirəm. Yaxşı tərəfi də pis tərəfi də ola bilər. Açığı, bu barədə geniş düşünməmişəm deyə nəsə deyə bilmirəm.