"Kocaelispor"un baş məşqçisi Ertuğrul Sağlam Azərbaycan milli komandasını çalışdırmaq təklifini qəbul etməyib.
Sportliqa.az xəbər verir ki, 54 yaşlı mütəxəssis bu barədə öz tvitter hesabında açıqlama paylaşıb. Adı "Beşiktaş"la hallanan məşqçi hazırda "Kocaelispor"dakı işinə kökləndiyini bildirib:
"Beşiktaş"ın könlümüzdəki yeri hər zaman özəl və ayrı olsa da, hazırda "Kocaelispor"la inandığımız, müəyyənləşdirdiyimiz hədəfə doğru yürüyürük. İki həftə öncə Azərbaycan milli komandası üçün də eyni proses baş vermişdi. Diqqət, nəzakət və gözəl mesajlar üçün təşəkkür edirəm. Yeganə düşüncəmiz "Kocaelispor"dur".