Xorvatiyanın “Dinamo” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.
Sportliqa.az "Report"a istinadla xəbər verir ki, “Roqaşka”ya 1:0 hesabı ilə qalib gəldikləri yoxlama matçında xəsarət alan 26 yaşlı hücumçunun əzələsində problem aşkarlanmayıb.
Ultra səs müayinəsinə əsasən, forvard diz bağlarındakı zədəyə görə 6-8 həftə müalicəyə ehtiyac duyacaq.
Emreli sabah Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçəcək.
Qeyd edək ki, 2022-ci ildən Zaqreb təmsilçisində çıxış edən Mahir Emrelinin klubla müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.