FIFA “FIFA series” adlanan yeni layihəyə start verir.
Sportliqa.az xəbər verir ki, yeni layihəyə əsasən, FIFA təqvimində olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan A milli komandaların iştirakı ilə mini turnir təşkil olunacaq.
Müxtəlif qitələrdə mini turnir formatında təşkil olunacaq və dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin mart ayında Bakıda keçirilməsi nəzərdə tutulub. Avropadan ölkəmizlə yanaşı Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar.
AFFA FIFA-nın yeni layihəsini dəstəkləyir və təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini əminliklə ifadə edir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az