
Xorvatiyada güləş üzrə “Zaqreb Open” turniri davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç güləşçisi turnirdə mübarizəyə qoşulacaq.
Yunan-Roma güləşçilərindən Murad Məmmədov (63 kq) və Həsrət Cəfərov (67 kq), qadınlardan isə Jalə Əliyeva (57 kq) qüvvəsini sınayacaq.
Qeyd edək ki, daha əvvəl bu növdə Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
Sərbəst güləşçilərdən Əliabbas Rzazadə, Nürəddin Novruzov (hər ikisi 61 kq) və Cəbrayıl Qadjiyev (74 kq), həmçinin, Alyona Kolesnik (59 kq) də bürünc mükafata sahib çıxıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması