Türkiyə Birinci Liqasında 18-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, bu gün Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi "Ürmaniyespor" "Genclerbirliyi" ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Coşqun Diniyev start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, komandasının yeganə qolunun ötürməsini edib.
"Ürmaniyespor" - "Genclerbirliyi" - 1:1
Qollar: Amilton, 32 (0:1), Eser, 79 (1:1)
"Ürmaniyespor" bu nəticədən sonra 23 xalla 9-cu, "Genclerbirliyi" 28 xalla 8-ci pillədə qərarlaşıb.