
"Kocaelispor"la razılıq əldə edən Ramil Şeydayevin komandaya qoşulacağı tarix məlum olub.
Sportliqa.az xəbər verir ki, azərbaycanlı hücumçu sabah Türkiyədə olacaq. Bu barədə "Demokrat Kocaeli" saytı məlumat yayıb.
27 yaşlı hücumçu tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək.
Ramil Şeydayev yeni klubu ilə 1,5 illik sözləşmə imzalayacaq.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması