"Hocaelispor"un prezidenti Engin Koyun yeni transferləri Ramil Şeydayev haqda fikirlərini bildirib.
Sportliqa.az xəbər verir ki, imza mərasimində danışan klub rəhbəri azərbaycanlı hücumçunun komandaya qollar və ötürmələrlə töhfə verəcəyinə inandığını bildirib:
"Ramil bizim üçün yaxşı transfer oldu. Azərbaycanın önəmli oyunçusunu heyətimizə qatdıq. Ramilin vuracağı qollar və ötürmələrlə çempionluğa ciddi qatqı verəcəyini düşünürəm. Camiəmizə xeyirli olsun".
Qeyd edək ki, Ramil Şeydayev Türkiyə I Liqasında mübarizə aparan "Kocaelispor"la 1,5 illik müqavilə imzalayıb.