Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor" bu gün Türkiyə kubokunda 1/16 final mərhələsinin oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, Superliqa klubu 2-ci liqa təmsilçisi "24 Erzincanspor"la qarşılaşıb. Matçın əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab dəyişilmədiyindən qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan "24 Erzincanspor" 7:6 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib. "Adana Demirspor" isə turnirlə vidalaşıb.