"Əl-Hilal"da yeni futbolçu
18 Yanvar 2024 12:21
Səudiyyə Ərəbistanı Pro Liqasında mübarizə aparan “Əl-Hilal” klubu heyətinə yeni futbolçu qatıb.
Sportliqa.az xəbər verir ki, klub Fransa “Marsel”indən Renan Lodini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı müdafiəçi ilə 3,5 illik müqavilə imzalanıb.