"Qarabağ"ın rəqibi daha bir futbolçusu ilə yollarını ayırdı
18 Yanvar 2024 16:05
"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Braqa" futbolçusu Andre Kaştru ilə vidalaşıb.
Sportliqa.az xəbər verir ki, o, peşəkar futbolçu karyerasını "Moreirenşe"də davam etdirəcək.
35 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1,5 illik sözləşmə imzalayıb.
Bildirək ki, Andre cari mövsüm "Braqa"nın heyətində 7 oyuna çıxıb.