Azərbaycan Basketbol Liqasında 10-cu turun ən yaxşı oyunçusu bəlli olub.
Sportliqa.az xəbər verir ki, qalib “Sabah” klubunun üzvü Entoni Uilson olub.
ABŞ-dən olan basketbolçu “Gəncə” ilə matçda 36 xal, 19 ribaundla seçilib. “Xırdalan”dan Cesse Gi (19 xal, 10 ribaund) ikinci, “Sumqayıt”dan Roderik Smit isə (21 xal, 13 ribaund və 4 məhsuldar ötürmə) üçüncü yeri tutub.
Qeyd edək ki, "Sabah" və "NTD-İndiqo" 19 xalla turnir cədvəlində 1-2-ci yerləri bölüşdürürlər. Hərəyə 18 xalı olan “Xəzri” və “Neftçi” komandaları 3-cü və 4-cü pillələrdə qərarlaşıblar.