Millimizin üzvü Coşqun Diniyevin də formasını geyindiyi "Ümraniyespor" bu gün Türkiyə Kubokunda 5-ci tur oyununa çıxıb
Sportliqa.az xəbər verir ki, komanda səfərdə "Qalatasaray"la üz-üzə gəlib. Matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Coşqun Diniyev "Qaralatasaray"la matçın start heyətində yer alıb və sonadək oynayıb.
Beləliklə, "Qalatasaray" növbəti mərhələyə yüksəlib, "Umraniyespor" isə turnirdə mübarizəni dayandırıb.
"Qalatasaray" hazırda Türkiyə Superliqasında 51 xalla 2-ci, "Ümraniyespor" isə 1-ci liqada 23 xalla 9-cudur. Bu komandalar son dəfə ötən il üz-üzə gəliblər və "Qalatasaray" 3:2 hesablı qələbə qazanıb.