Səudiyyə Ərəbistanının “Əl-İttifaq” klubu baş məşqçisi Stiven Cerrardla müqaviləni uzadıb.
Sportliqa.az xəbər verir ki, ingiltərəli mütəxəssisin yeni sözləşməsinin müddəti 2 illikdir.
Onun əvvəlki müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulmuşdu.
Cerrard 2023-cü ilin yayından “Əl-İttifaq”ı çalışdırır. Onun komandası 19 turdan sonra Səudiyyə Ərəbistanı çempionatında 8-ci yerdədir.