"Mançester Siti" klubunun baş məşqçisi Xosep Qvardiola "Globe Soccer Awards" mükafatına layiq görülüb.
Sportliqa.az xəbər verir ki, mütəxəssis 2023-cü ilin ən yaxşı məşqçisi seçilib.
Qvardioladan başqa, bu il mükafata namizədlər arasında Karlo Ançelotti ("Real" Madrid), Mikel Arteta ("Arsenal"), Simone İnzaqi ("İnter"), Marsel Koller ("Əl-Əhli" Qahirə), Lionel Skaloni (Argentina millisi), Luçano Spalletti (İtaliya millisi), Xavi ("Barselona") var idi.