"Borussiya"(Dortmund) klubu futbolçusu Danilo Krevsunla yeni müqavilə imzalayıb.
Sportliqa.az xəbər verir ki, ukraynalı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin yayına kimi uzadılıb.
Hazırda "Borussiya Dortmund U-19"da çıxış edən Krevsunun növbəti mövsümdən üçüncü dərəcəli Bundesliqa komandasında oynamağa başlayacağı da vurğulanır.
Danilo bu mövsüm bütün yarışlarda 18 oyuna çıxıb, 6 qol vurub və 2 qolun ötürməsini verib.