Bir neçə gün əvvəl "Roma" klubunun istefaya göndərdiyi Joze Mourinyonun yeni iş yeri müəyyənləşmək üzrədir.
Sportliqa.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Səudiyyə Ərəbistanının “Əş-Şəbab” klubu ilə razılaşıb.
Mənbənin məlumatına görə, Mourinyo müqavilənin şərtlərini razılaşdırmaq üçün tezliklə Ər-Riyada gedəcək.
Qeyd edək ki, “Əl-Şabab” hazırda Səudiyyə Ərəbistanı Pro Liqasında 11-ci yerdədir.