
"Göstərdiyimiz oyun və qazandığımız nəticə gərgin məşqlərin bəhrəsidir”.
Sportliqa.az xəbər verir ki, bu sözləri “Xırdalan"ın oyunçusu Nəcəf Babayev “Sumqayıt”a 100:90 hesabı ilə qalib gəldikləri Azərbaycan Basketbol Liqasının XI tur oyunu ilə bağlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Topladığı 21 xalla görüşün qəhrəmanlarından olan N.Babayev bu performansına görə sevindiyini söyləyib: “Oyun çox gərgin və yüksək tempdə keçdi. Rəqib yaxşı çıxış etdi. Biz də komanda oyunu nümayiş etdirdik. Komandamın qələbəsində pay sahibi olduğum üçün çox şadam”.
Hazırda “Xırdalan” 17 xalla beşinci, “Sumqayıt” isə 14 xalla səkkizinci pillədə qərarlaşır.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması