
Millimizin və "Qarabağ"ın müdafiəçisi Rahil Məmmədovun Polşanın LKS klubuna keçidi rəsmiləşib.
Sportliqa.az xəbər verir ki, bu barədə Lodz təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Məmmədovla 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Rahil Məmmədov 2018-ci ilin yayından "Qarabağ"da çıxış edirdi. 28 yaşlı mərkəz müdafiəçisi bu mövsüm Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 10 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması