Almaniya Bundesliqasında 18-ci tura start verilib.
Sportliqa.az xəbər verir ki, ilk gündə 6 görüş oynanılıb.
“Darmştadt” - “Ayntraxt” və “Haydenhaym” - “Volfsburq” matçlarında qalib müəyyənləşməyib. “Frayburq” “Hoffenhaym”ı, “Boxum” da “Ştutqart”ı məğlub yola salıb. “Köln”ün qonağı olan Dortmund “Borussiya”sı darmadağına sevinib. Lider “Bayer” isə səfərdə “Leypsiq”ə çətinliklə qalib gəlib.
Bu turun “Maynts” - “Union Berlin” görüşü isə təxirə salınıb.