Futbol üzrə Türkiyə Super Liqasında 22-ci tura start verilib.
Sportliqa.az xəbər verir ki, ilk gündə 3 görüş baş tutub.
“Hatayspor” - “Alanyaspor” matçında qalib müəyyənləşməyib. Meydan sahiblərinin heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov 79-cu dəqiqə oynayıb və sarı vərəqə almaqla yadda qalıb.
“Beşiktaş” - “Adana Dəmirspor” matçı qolsuz bitib. Qonaqların heyətində Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə mübarizə aparıb və qol buraxmayıb.
“Pendikspor” - “Kasımpaşa” matçında isə meydan sahibləri qələbəyə seviniblər.