
Almaniya milli komandası və Dortmund "Borussiya"sının sabiq futbolçusu Erik Durm karyerasını başa vurub.
Sportliqa.az xəbər verir ki, bu barədə 31 yaşlı oyunçu özü məlumat verib. O, zədələr və səhhətindəki problemlər səbəbindən bu addımı atdığını bildirib.
Qeyd edək ki, Erik 2022-ci ildən bu günə kimi karyerasında son klubu olan “Kayzerslautern”də çıxış edib. O, həmçinin Almaniya millisinin heyətində 7 oyun keçirib. Erik 2012-2018-ci illərdə "Borussiya"da oynayıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması