Meksika yığma komandasının sabiq hücumçusu Xavyer Hernandes futbolçu karyerasına başladığı "Qvadalaxaru"ya qayıdıb.
Sportliqa.az xəbər verir ki, "Çiçarito" rəqəbli futbolçu 2010-cu ilin yayında yetirəsi olduğu sözügedən klubdan ayrılaraq "Mançester Yunayted"ə keçmişdi.
35 yaşlı oyunçu daha sonra "Real", "Bayer"(Leverkuzen), "Vest Hem", "Sevilya" və "Los Anceles Qelaksi" klublarında çıxış edib.