
PSJ klubu yeni transferini rəsmiləşdirib.
Sportliqa.az xəbər verir ki, "Korintians"dan Qabriel Moskardo heyətə cəlb edilib.
18 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalanıb.
Moskardo 6 ay icarə əsasında "Korintians"da çıxış edəcək və yeni mövsümün əvvəlində Paris təmsilçisinə qoşulacaq.
Braziliyalı futbolçu bu mövsüm A Seriyasında 18 oyun keçirib, 1 qol vurub, 1 qol ötürməsi edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması