“Gəncə” klubunun amerikalı üzvü Kenyon Dulinq üçün mövsüm erkən başa çatıb.
Sportliqa.az xəbər verir ki, basketbolçunun 11-ci tur çərçivəsində Gəncədə “Xəzri” ilə oyunda aldığı zədənin ciddi olduğu müəyyənləşib.
MRT müayinəsindən keçən Dulinqin dirsəyində qırıq aşkarlanıb. Bu səbəbdən Kenyon mövsümün sonuna kimi komandasına kömək edə bilməyəcək. Basketbolçunun müalicəsi vətənində aparılacaq.