“Everton” klubunun yarımmüdafiəçisi Dele Alli əməliyyat olunacaq.
Sportliqa.az xəbər verir ki, bunu komandanın baş məşqçisi Şon Dayç ötən gün keçirilən mətbuat konfransında bildirib. Allinin qasıq nahiyəsindən əməliyyat ediləcəyini deyən baş məşqçi onun nə vaxt sıraya dönəcəyinin bilinmədiyini qeyd edib.
Karyerasında eniş yaşanan İngiltərə millisinin sabiq üzvü zədə səbəbindən 11 aydır meydana çıxmır. “Tottenhem”dəki çıxışı ilə məşhurlaşan futbolçu icarə əsasında “Beşiktaş”da oynayarkən zədələnib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az