Madrid "Atletiko"nun futbolçusu Çağlar Söyüncünün "Fənərbaxça"ya keçidi rəsmiləşib.
Sportliqa.az xəbər verir ki, 27 yaşlı mərkəz müdafiəçisi mövsümün ikinci yarısını icarə əsasında İstanbul klubunda keçirəcək. Türkiyə milli komandasının üzvü yeni komandasında 2 nömrəli formanı geyinəcək.
Söyüncü "Atletiko"ya mövsümün əvvəlində keçib. O, Madrid təmsilçisinin heyətində 9 rəsmi matçda meydana çıxıb.a
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.