UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa” hücum xəttini gücləndirib.
Sportliqa.az xəbər verir ki, Portuqaliya təmsilçisi PSJ-dən Şer Nduru icarəyə götürüb. Müqavilədə satınalma şərti yoxdur.
Hücumameyilli yarımmüdafiəçi Paris klubunda 10 nömrəli formada çıxış edəcək.
19 yaşlı italiyalı futbolçu 2023-cü ilin avqustundan PSJ-nin üzvüdür.
“Qarabağ” ilə “Braqa” arasındakı ilk görüş 2024-ün fevralın 15-də Portuqaliyada, cavab oyunu isə bir həftə sonra Bakıda olacaq.