Dortmund "Borussiya"sının qışda transfer etmək istədiyi futbolçu müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, Almaniya klubu "Brügge"nin vingeri Antonio Nusa üçün hərkətə keçib. "The Athletic" nəşrinin məlumatına əsasən, 18 yaşlı futbolçunu "Liverpul", "Çelsi" və "Arsenal" da istəyir. Lakin Dortmund klubu bu transferdə daha favoritdir.
Norveç millisinin üzvü olan Nusa bu mövsüm 11 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.