“Qarabağ” klubunun UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” Portuqaliya çempionatında 19-cu tur oyununa çıxıb.
Sportliqa.az xəbər verir ki, Artur Jorjenin baş məşqçisi olduğu komanda evdə “Çaves”i qəbul edib. Matçda qalib müəyyənləşməyib – 1:1. "Braqa"nın qolunu 52-ci dəqiqədə Rodriqo Salasar vurub. Qonaqlardan isə 62-ci dəqiqədə Steven Vitoria fərqlənib.
Qeyd edək ki, “Braqa” bu heç-heçədən sonra xallarının sayını 37-yə çatdırıb və 4-cü pillədə qərarlaşır.
Əlavə edək ki, “Qarabağ” “Braqa” ilə ilk oyununu fevralın 15-də Portuqaliyada, cavab matçını isə 22-də Bakıda keçirəcək.