“Roma” “Empoli” klubunun və İtaliyanın gənclərdən ibarət komandasının hücumameyilli yarımmüdafiəçisi Tommazo Baldanzini almağa yaxındır.
Sportliqa.az xəbər verir ki, 20 yaşlı futbolçu fevralın 1-i, Cümə axşamı günü tibbi müayinədən keçmək və müqavilə imzalamaq üçün Romaya gələcək.
“Roma” gənc yarımmüdafiəçinin müqabilində “Empoli”yə təxminən 10 milyon avro məbləğ ödəyəcək. Daha 5 milyon avro məbləğin isə üstəlik olaraq veriləcəyi bildirilir.