
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və ABŞ-ın “İnter Mayami” klubları arasında yoldaşlıq oyunu keçirilib.
Sportliqa.az xəbər verir ki, Ər-Riyaddakı “Kingdom Arena”da keçirilən matçda Səudiyyə Ərəbistanı təmsilçisi 6:0 hesabı ilə qalib gəlib.
"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo zədə səbəbindən sözügedən görüşdə iştirak etməyib. "İnter Mayami"nin hücumçusu Lionel Messi isə oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 83-cü dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, daha əvvəl Messinin sözügedən qarşılaşmada oynamayacağı ilə bağlı xəbər yayılmışdı.