Türkiyə Birinci Liqasında 21-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" səfərdə "Keçiörengücü" ilə qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb.
Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 57-ci dəqiqədə əvəzlənib.
Xallarını 32-yə yüksəldən "Boluspor" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.Siyahıya 48 xalla "Eyüspor" başçılıq edir.