Yığmamızın sabiq baş məşqçisi Robert Prosineçkinin yeni iş yeri müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, o, Monteneqro yığmasını çalışdıracaq. Bu barədə Monteneqro Futbol Federasiyasının saytı məlumat yayıb. 55 yaşlı mütəxəssislə sabah 1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, hazırda "Qarabağ"da çıxış edən Marko Veşoviç və Marko Yankoviç də Monteneqro millisinin üzvləridir.
Xatırladaq ki, R.Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinin baş məşqçisi olub.