"Monako" klubu müdafiəçisi Vandersonla müqaviləni uzadıb.
Sportliqa.az xəbər verir ki, 22 yaşlı futbolçu ilə 2027/2028 mövsümünün sonuna qədər yeni müqavilə imzalanıb.
Braziliyalı oyunçu 2022-ci ilin yanvarında "Qremio"dan 11 milyon avroya "Monako"ya transfer olunub. O, bu klubun heyətində 76 oyuna çıxıb, 5 qol vurub və 9 məhsuldar ötürmə verib.