Dünən “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 14-cü turuna start verilib.
Sportliqa.az xəbər verir ki, turun açılış oyununda “Sabah” və “Neftçi” komandaları qarşılaşıblar.
Oyuna “Neftçi” fəal başlayıb və qarşılaşmanın ilk dəqiqələrindən üstünlüyü ələ keçirərək yekunda 101:87 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular “Sabah”da Mayk Holton (17 xal, 5 asist), “Neftçi”də Alfonso Villis (25 xal, 6 ribaund) olublar.
14-cü turun növbəti oyunları (“Xəzri” – “Şəki”, “Sumqayıt” – “Cəlilabad”, “Gəncə” – “Sərhədçi”, “NTD-İndiqo” – “Xırdalan”) 8-11 fevral tarixləri aralığında baş tutacaq.