Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib.
Sportliqa.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
A.Əsədov millinin çətin qrupa düşdüyünü bildirib: "Düşünürəm ki, çətin qrupa düşdük. Səbətlərin ən güclü milli komandaları ilə qarşılaşacağıq. Həmin komandaların hər biri ilə bu yaxınlarda oyunlarımız olub. Bu qarşılaşmalarda qalib də gəlmişik, məğlub da olmuşuq. Düşünürəm ki, maraqlı qrupdur. Milli komandamıza uğurlar arzu edirəm".
Xatırladaq ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq