“Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportliqa.az xəbər verir ki, İstanbul təmsilçisi “Hannover”dən Derrik Köhnü transfer edib. 25 yaşlı müdafiəçi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.
“Qalatasaray” Derrik üçün Almaniya klubuna 3, 350 milyon avro ödəniş edəcək.
Qeyd edək ki, almaniyalı futbolçu bu mövsüm "Hannover"də 21 oyuna 3 qol vurub, 6 qol ötürməsi edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az