İsveçrənin SGS şirkəti 2023-cü ildə AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
Sportliqa.az xəbər verir ki, şirkət tərəfindən federasiyaya ünvanlanmış məktubda Klubların Lisenziyalaşdırılması Departamentinin fəaliyyətinin UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğun olduğu qeyd edilib.
Bundan əlavə, Klubların Lisenziyalaşdırılması Departamenti 2024/2025 Lisenziyalaşdırma mövsümü çərçivəsində Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdir.
Qeyd edək ki, SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.